Sərnişin təyyarəsi havaya qalxdıqdan sonra alışıb - VİDEO
Dünya
179
30 Mar 2026 | 23:17

Sərnişin təyyarəsi havaya qalxdıqdan sonra alışıb - VİDEO

"Delta Air Lines" aviaşirkətinə məxsus "Airbus A330-323" tipli təyyarə Braziliyanın San-Paulu şəhərindəki Quayrulyos aeroportunda havaya qalxdıqdan dərhal sonra mühərrikinin alışması səbəbindən təcili eniş edib.

Moderator.az bu barədə "CNN Brasil" telekanalına istinadən xəbər verir.

Məlumata əsasən, təyyarə San-Pauludan Atlantaya (ABŞ) istiqamət alıbmış. Hadisə şahidləri telekanala bildiriblər ki, yanğından əvvəl güclü partlayış səsi eşidilib.

Qeyd olunur ki, təyyarə yalnız bir mühərriklə hava limanına uğurlu eniş edə bilib. Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları və yanğınsöndürənlər cəlb olunublar. Sərnişinlər və heyət üzvlərindən xəsarət alan olmayıb.

 

Link kopyalandı!
Son xəbərlər