01:47
11°C
Bakı
Avropa İttifaqının Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və bir neçə Aİ ölkəsindən xarici işlər nazirlər Aİ Şurasının iclasını keçirmək və Ukrayna dəmir yolları üçün enerji avadanlıqlarını təhvil vermək üçün Kiyevə səfər edəcəklər.
Moderator.az xəbər verir ki, bu barədə Aİ diplomatik xidmətinin açıqlamasında bildirilib.
"Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə 31 martda Aİ Xarici İşlər Şurasının qeyri-rəsmi iclasını keçirəcək. Səfər Ukrayna dəmir yolları üçün enerji avadanlıqlarının təhvil verilməsi mərasimi ilə başa çatacaq", - məlumatda deyilir.