Tasnim: Hörmüz boğazından keçid üçün rüsumların tətbiqi təsdiqləndi
Dünya
544
30 Mar 2026 | 22:27

Tasnim: Hörmüz boğazından keçid üçün rüsumların tətbiqi təsdiqləndi

İran Parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmiçilik üçün rüsumların tətbiq edilməsi planını təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, boğazda gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni plana ABŞ, İsrail və ya əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq edən ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa da daxildir. Orada rüsumların İran rialı ilə ödənilməsi nəzərdə tutulur.

Link kopyalandı!
Son xəbərlər