Rusiyadan sonra Çin ABŞ-yə qarşı bu ölkəni dəstəklədi
Dünya
288
30 Mar 2026 | 21:50

Rusiyadan sonra Çin ABŞ-yə qarşı bu ölkəni dəstəklədi

Çin Kubanın milli suverenliyini və təhlükəsizliyini qəti şəkildə dəstəkləyir və xarici müdaxiləyə qarşıdır.

Moderator.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bazar ertəsi mediaya açıqlamasında deyib.

Mao Ninq vurğulayıb ki, Çin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörməti daim müdafiə edir və digər ölkələrin suverenliyinin pozulmasına və ya hər hansı bir bəhanə ilə onların daxili işlərinə müdaxiləyə qarşıdır.

Qeyd edək ki, ABŞ Kubanı tam blokadaya alıb və bu ölkəyə neft və qaz idxalına imkan vermir. Rusiya Kubaya neft məhsulları çatdırmaq üçün ABŞ-la danışıqlar apardığını açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər