İran
Dünya
277
20:40, Bu gün

İran "Dəmir Qübbə" hazırlanan mərkəzlərə PUA hücumu edib

İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumunun hədəfi olub.

Moderator.az SNNTV-yə istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd edilib.

"Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum etmişik", - bəyanatda bildirilib.

Qeyd olunub ki, "Dəmir Qübbə" kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub:

"Elbit Systems" elektron müharibə, PUA istehsalı, kəşfiyyat sistemləri və radar sensorları sahəsində fəaliyyət göstərən silah mərkəzidir və İsrailin müxtəlif ölkələrə silah ixracının mühüm hissəsini təşkil edir.

"Kanfit" Sənaye Təşkilatı aerokosmik hissələrin mühəndisliyi və istehsalı, eləcə də təyyarə və helikopterlər üçün hava konstruksiyalarının hazırlanması sahəsində fəaliyyət göstərir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər