23:25
11°C
Bakı
"İran rəhbərliyi parçalanıb və ölkədə hakimiyyətin yüksək eşalonlarında bəzi şəxslər ABŞ ilə dialoqa hazırdırlar".
Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-nin dövlət katibi Marko Rubio "ABC News" telekanalının efirində bildirib.
"Aydındır ki, bizimlə elə şəkildə danışan insanlar var ki, daha əvvəl İranı idarə edənlər o cür danışmırdılar", - deyə diplomat qeyd edib.
M.Rubio ABŞ-nin İranda məhz kiminlə təmasda olduğunu açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, bu məlumatın açıqlanması həmin şəxslərin ölkə daxilində digər qruplarla münasibətlərinə mənfi təsir göstərə bilər.