İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya
273
19:17, Bu gün

İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Hörmüz boğazı yalnız İrana qarşı hərbi əməliyyatlarda iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır.

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.

"Bu su yolu İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır və qərar beynəlxalq hüququn prinsiplərinə əsaslanır, İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirmək üçün Hürmüz boğazından sui-istifadənin qarşısını almaq məqsədi güdür", - o deyib.

Əraqçi bildirib ki, digər ölkələrə məxsus gəmilərin hərəkəti İranın səlahiyyətli orqanları ilə razılaşdırılmaqla həyata keçirilir:

"ABŞ-İsrail və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribat xarakterli hərəkəti vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər