22:00
11°C
Bakı
Türkiyə, Misir və Pakistan ABŞ ilə İranı sülh masasına gətirmək üçün mühüm rol oynayır.
Moderator.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında paylaşım edib.
O, Türkiyə və Misirin Pakistanla birlikdə Yaxın Şərqdə sabitliyin təmin olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Ş.Şərif martın 29-da İslamabadda keçirilən dördtərəfli görüşdə iştirak etdiklərinə görə Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinə minnətdarlığını bildirib:
"Qardaş müsəlman ölkələrində böyük insan tələfatı və iqtisadi dağıntılara səbəb olan döyüş əməliyyatlarının təcili dayandırılması üçün kollektiv addımların atılması zəruridir".