Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
Dünya
283
18:40, Bu gün

Avropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının pozulması səbəbindən bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.

Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu məlumat Aİ Şurasının rəsmi açıqlamasında öz əksini tapıb.

"Aİ Şurası tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 13 aprel 2027-ci il tarixinədək qüvvədə qalması barədə qərar qəbul edib", - deyə sənəddə qeyd olunur.

Məhdudiyyətlər ümumilikdə 53 qurumu və əsasən güc strukturlarının nümayəndələri, dövlət məmurları, cəzaçəkmə müəssisələri və məhkəmə orqanlarının əməkdaşları olan 262 fiziki şəxsi əhatə edir. Fiziki şəxslərə qarşı tətbiq olunan sanksiyalar onların Aİ ərazisinə girişinin qadağan edilməsini və Avropa banklarındakı maliyyə vəsaitlərinin dondurulmasını nəzərdə tutur. Hüquqi şəxslərə münasibətdə isə sanksiyalar aktivlərin bloklanmasını və Avropa şirkətləri ilə həmin təşkilatlar arasında bütün növ iqtisadi əlaqələrin qadağan olunmasını ehtiva edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər