İran ordusu Türkiyəyə raket hücumu edib - FOTO
Dünya
179
18:30, Bu gün

İran ordusu Türkiyəyə raket hücumu edib - FOTO

İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr milli təhlükəsizliyimiz ön planda tutularaq diqqətlə izlənilməkdədir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər