Tramp İranı Xarq adası və neft quyularını bombalamaqla hədələyib
Dünya
200
17:45, Bu gün

Tramp İranı Xarq adası və neft quyularını bombalamaqla hədələyib

ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasını, neft quyularını bombalamaqla hədələyib.

Moderator.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə paylaşımında bildirib.

Donald Tramp qeyd edib ki, İranda hərbi əməliyyatların dayandırılması məqsədilə yeni və daha ağlabatan rejimlə ciddi danışıqlar aparırlar: “Böyük irəliləyiş əldə olunub və böyük ehtimalla yaxın vaxtlarda razılaşma əldə ediləcək. Lakin hər hansı səbəbdən yaxın vaxtlarda razılaşma əldə edilməzsə, Hörmüz boğazı dərhal “ticarət üçün açıq” elan olunmazsa, biz İrandakı möhtəşəm mövcudluğumuzu onların bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını (bəlkə də bütün duzsuzlaşdırma qurğularını) partladaraq və tamamilə məhv edərək başa çatdıracağıq. Halbuki bunlara indiyədək qəsdən toxunmamışıq. Bu, İranın köhnə rejiminin 47 illik terror hakimiyyəti dövründə vəhşicəsinə öldürdüyü çoxsaylı əsgərlərimiz və digər şəxslər üçün qisas olacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər