Silah zavodunun ərazisində yanğın - Saxlanılanlar var
Dünya
299
17:35, Bu gün

Silah zavodunun ərazisində yanğın - Saxlanılanlar var

Çexiyanın Pardubitse şəhərində yerləşən "LPP Holding" silah zavodunda bu yaxınlarda törədilmiş yanğınla əlaqədar beş nəfər həbs edilib.

Moderator.az "Česke Noviny"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın daxili işlər naziri Lyubomir Metnar slovakiyalı həmkarı Matuş Şutay Eştokla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hadisə yerində daha çox cinayətkar olub. Bu gün onlardan beş nəfərini həbs etdik", – Metnar deyib.

Metnar Çexiya polisinin terror aktı kimi araşdırdığı bu işlə bağlı şübhəli bilinən şəxsin həbs edilməsinə görə Slovakiyaya təşəkkür edib.

Xatırladaq ki, martin 20-də naməlum şəxslər "LPP Holding" şirkətinin silah zavodunun binasını yandırıblar. "Earthquake Faction" qruplaşması yanğına görə məsuliyyəti öz üzərinə götürüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər