Lukaşenkoya qarşı sanksiyaları saxlayın - Tixanovskaya
Dünya
279
17:07, Bu gün

Lukaşenkoya qarşı sanksiyaları saxlayın - Tixanovskaya

Belarus müxalifəti ABŞ-nin mövqeyinin dəyişməsinə baxmayaraq, AB-ni sanksiyaları saxlamağa çağırır.

Moderator.az xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.

"Avropalı tərəfdaşlarımızı ardıcıl olmağa və Prezident Trampın Lukaşenkoya qarşı siyasətini təkrarlamamağa çağırırıq.Trampın bütün siyasi məhbusları azad etməyə kömək etmək üçün kifayət qədər gücü var. Lakin biz avropalılardan güclü kartlarını daha böyük oyunlar üçün saxlamalarını xahiş edirik”, - Tixanovskaya bildirib.

Onun sözlərinə görə, müxalifət ABŞ administrasiyası ilə sıx əlaqədədir və rəsmilərdən sanksiyaların ləğvi üçün AB ölkələrinə təzyiq göstərməmələrini xahiş edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər