İran XİN-in rəsmisi:
Dünya
209
16:55, Bu gün

İran XİN-in rəsmisi: "ABŞ ilə heç bir danışığımız olmayıb"

Pakistanın paytaxtı İslamabadda Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutan görüşdə İran təmsil olunmayıb.

Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib:

"Pakistanın region ölkələri ilə görüşü onların özlərinin müəyyən etdiyi bir formatdır. Biz orada iştirak etməmişik. Region dövlətlərinin sülh üçün narahatlıq keçirməsi təqdirəlayiq haldır, lakin İran bölgədəki müharibə məsələsi ilə məşğul olan ölkələrdən tələb edir ki, bunu kimin başlatdığını nəzərə alsınlar və hadisələrə reallıq prizmasından yanaşsınlar. Yalnız bir tərəfdən təmkinlilik tələb etmək olmaz".

"ABŞ-dən danışıqlar barədə təklif gəldikdə, hər kəs ehtiyatlı davranır. Dünyanın, hətta ABŞ-nin özündəki insanların Birləşmiş Ştatların diplomatiyasını nə dərəcədə etibarlı hesab etdiyini bilmirəm. Müxtəlif amerikalı rəsmilərin ziddiyyətli davranışlarına rəğmən, İranın ayrı-ayrı məsələlərlə bağlı mövqeyi əvvəldən bəlli olub. Bizim üçün hansı çərçivələrin qəbuledilən olduğunu çox yaxşı bilirik. Bizə təqdim edilən, istər 15 bəndlik, istərsə də daha az və ya çox maddədən ibarət materiallar qeyri-real, məntiqsiz idi və tərkibində həddindən artıq tələblər var idi", - deyə İ.Bəqayi qeyd edib.

İran XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Tehran Vaşinqtonun danışıqlara meyilli olduğuna inanmır:

"Çünki ABŞ danışıqlar prosesinin ən qızğın vaxtında - 2025-ci ilin iyununda və 2026-cı ilin fevralında İrana artıq iki dəfə hücum edib.

Hazırda biz elə bir şəraitdəyik ki, ABŞ-nin hərbi təcavüzü daha kəskin şəkildə davam edir. Bu səbəbdən bütün səylərimiz özümüzü müdafiəyə yönəlib. Biz bu bəyanatları səmimi qəbul etmirik. Bir ildən az müddətdə iki dəfə baş verən diplomatiya xəyanətini öz təcrübəmizdə hiss etdik".

Eyni zamanda o deyib ki, İran ABŞ-dən Pakistan və digər vasitəçilərin köməyi ilə danışıqlar aparmaq təklifi alıb, lakin Vaşinqtonla birbaşa təmas olmayıb:

"Heç bir danışığımız baş tutmayıb. Pakistan da daxil olmaqla, bəzi vasitəçilərin əlaqəsi ilə bizə çatan bir sıra təkliflərlə yanaşı, ABŞ tərəfindən danışıqlar üçün müraciət daxil olmuşdu".

Xatırladaq ki, martın 29-da Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Pakistanın xarici işlər nazirləri İslamabadda keçirilən görüşdə ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər