Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər
Dünya
192
16:25, Bu gün

Günəşdə güclü partlayışdan sonra plazma buludu Yerə düşə bilər

Günəşdə bu gün baş verən ən yüksək sinifli - X1.5 partlayışından sonra ayrılan plazma buludu aprelin 1-i gecəsi Yerə düşə bilər.

Moderator.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və akademiyanın Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıblar.

"Vəziyyətin əhəmiyyəti nəzərə alınaraq ilkin və çox sürətli model hazırlanıb. Model göstərir ki, plazma buludu aprelin 1-nə keçən gecə Yerə yaxınlaşaraq onu kənardan əhatə edə bilər. Bu halda planet iki-üç gün Günəşdən gələn maddə axınının içində qalacaq. Ancaq istiqamətdə çox kiçik dəyişiklik olsa, bulud ya Yerə dəymədən yan keçə, ya da onun daha sıx mərkəzi hissəsi planetə çata bilər", - deyə məlumatda qeyd olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər