ABŞ bazasına sirli raket zərbəsi:
Dünya
278
16:05, Bu gün

ABŞ bazasına sirli raket zərbəsi: "Şahab-12" döyüşdə sınaqdan keçirilib? - VİDEO

İraqın paytaxtında - Bağdad beynəlxalq hava limanının yaxınlığında qərarlaşan ABŞ-nin "Viktoriya" hərbi bazasına edilən hücumda ilk dəfə olaraq "Şahab-12" raketinin tətbiq olunduğu bildirilib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətə açıqlayıb.

SEPAH tərəfindən verilən açıqlamaya əsasən, sözügedən zərbə "İraqda İslam Müqaviməti" adlı qruplaşma tərəfindən reallaşdırılıb. Hücum zamanı yüksək partlayış gücünə malik başlıqlarla təchiz edilmiş raketlərdən istifadə edildiyi və hədəfə alınan bazanın ərazisində qatı tüstünün müşahidə olunduğu bildirilib.

Yayılan bəyanatda "Şahab-12" raketinin real döyüş şəraitində ilk dəfə sınaqdan çıxarıldığı vurğulanır. Bununla belə, silahın atış mənzili, ağırlığı və ya növü kimi dəqiq texniki parametrləri barədə hələlik heç bir rəsmi məlumat verilməyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər