Pentaqon İran adalarını ələ keçirməyə hazırlaşır
Dünya
318
14:30, Bu gün

Pentaqon İran adalarını ələ keçirməyə hazırlaşır

ABŞ hərbçiləri uzun illərdir İran ərazisinə quru əməliyyatları variantlarını hazırlayır. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının keçmiş rəhbəri, ehtiyatda olan general Frank Mak Kenzie məlumat verib.
 
Moderator.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, bu planlar əsasən İranın cənub sahillərində əməliyyatlar, adaların və kiçik hərbi bazaların ələ keçirilməsi kimi ssenariləri əhatə edir.
 
“Uzun illər ərzində biz İranın cənub sahillərində fəaliyyət variantlarını, adaların və kiçik bazaların ələ keçirilməsini nəzərdən keçirmişik”, – deyə o bildirib.
 
General qeyd edib ki, bu əməliyyatlar adətən qısa müddətli reyd xarakteri daşıyır.
 
Məlumat “The Hill” nəşri tərəfindən yayılıb.
 
Frank Mak Kenzie bildirib ki, söhbət əvvəlcədən planlaşdırılmış geri çəkilməni nəzərdə tutan əməliyyatlardan gedir, baxmayaraq ki, bəzi adaları ələ keçirib nəzarətdə saxlamaq da mümkündür.
 
Onun sözlərinə görə, Xarq adasının ələ keçirilməsi İranın neft iqtisadiyyatını tam iflic edə bilər, həm də infrastrukturu dağıtmadan. Mak Kenzie qeyd edib ki, belə addım İran üçün ciddi nüfuz itkisi olar və ABŞ-a danışıqlarda üstünlük qazandıra bilər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər