Tramp İran məsələsində Qabbardla fikir ayrılıqlarının olduğunu etiraf edib
Dünya
278
12:20, Bu gün

Tramp İran məsələsində Qabbardla fikir ayrılıqlarının olduğunu etiraf edib

ABŞ Prezidenti Donald Tramp İranın nüvə fəaliyyətləri mövzusunda ölkəsinin Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard ilə müəyyən fərqli baxışlara malik olduqlarını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Florida ştatındakı Vest Palm Biçdən paytaxt Vaşinqtona yollanarkən təyyarədə media nümayəndələrinə Qabbard barədə danışan prezident deyib: "Onun yanaşması mənimkindən bir qədər fərqlənir. Lakin bu, onun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi demək deyil".
 
Kəşfiyyat rəhbərinə inanıb-inanmadığı ilə bağlı suala isə ABŞ lideri "Bəli, sözsüz", - deyə reaksiya verib.
 
Dövlət başçısı, İranın nüvə silahı əldə etməsinə kəskin şəkildə qarşı olduğunu da bildirib.
 
Qeyd edək ki, Tramp istirahət günlərini Vest Palm Biç ərazisindəki Mar-a-Laqo iqamətgahında keçirdikdən sonra yenidən Ağ Evə dönüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər