Bizi sosial şəbəkələrdən izləyin:
Hörmüz boğazından keçid yeni qanun layihəsinə əsasən ödənişli olacaq.
Moderator.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (parlament) Milli təhlükəsizlik məsələləri komitəsinin sədri Əlaəddin Borucerdi SNN telekanalına müsahibəsində bildirib.
"Biz Hörmüz boğazına tam nəzarət edirik. Yaxın vaxtlarda parlament tərəfindən müvafiq qanun layihəsinin qəbulu ilə bu su yolunda yeni sistem hakim olacaq. Gəmilərin təhlükəsizliyinin təmin edilməsi və onlara xidmətlərin göstərilməsi qanun layihəsində nəzərdə tutulan xüsusi yığımlar (rüsumlar) hesabına həyata keçiriləcək", - o qeyd edib.