Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazı vasitəsilə neft məhsullarının daşınmasını idarə edəcək konsorsiumun yaradılması imkanını nəzərdən keçirir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yaxın Şərq və Cənubi Asiyanın bir sıra ölkələri martın 29-da İslamabadda keçirilən xarici işlər nazirlərinin görüşü ərəfəsində Vaşinqtona Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təkliflər göndərib. Bu təkliflərə Süveyş kanalı modelinə bənzər şəkildə boğazdan ödənişli keçid sisteminin tətbiqi də daxildir.
Agentliyin mənbələri bildirib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı Ormuz boğazı vasitəsilə neft məhsullarının daşınmasını idarə etmək üçün konsorsium yaratmağı müzakirə edir. Bu məsələ ABŞ və İran nümayəndə heyətləri ilə də müzakirə olunub.