Əfqanıstanda daşqınlar: 17 ölü, 26 yaralı var
Dünya
263
29 Mar 2026 | 23:16

Əfqanıstanda daşqınlar: 17 ölü, 26 yaralı var

Əfqanıstanın müxtəlif bölgələrində müşahidə olunan güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həyatını itirib.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin sözçüsü Yusuf Hammad məlumat verib.

Bildirilib ki, əlverişsiz hava şəraitinin yaratdığı fəsadlar nəticəsində 26 nəfər xəsarət alıb.

Axtarış-xilasetmə tədbirləri davam edir və ölənlərin sayının artacağı istisna edilmir.

Təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb bölgələrinə təsir göstərib.

Link kopyalandı!
Son xəbərlər