Qalata qülləsi ilə bağlı mübahisəyə nöqtə qoyuldu
Dünya
181
13:21, Bu gün

Qalata qülləsi ilə bağlı mübahisəyə nöqtə qoyuldu

İstanbulun ikonik tikililərindən biri olan Qalata qülləsinin mülkiyyəti ilə bağlı hüquqi proses başa çatıb.
 
Bununla bağlı açıqlamada qüllənin mülkiyyətinin vəqf qeydlərinə və mövcud qanunvericiliyə uyğun olaraq Vəqflər Baş İdarəsinin yurisdiksiyasında qalacağı bildirilib.
 
"Torpaq qeydiyyatı, kadastr və arxiv sənədləri Qalata qülləsinin "Kule-i Zemin Vəqfi"nə aid olduğunu açıq şəkildə göstərir. Bu qərarla tarixi irsimiz olan Qalata qülləsi ilə bağlı hüquqi proses yekunlaşdı", - deyə məlumatda qeyd olunub.
 
Araşdırmalar nəticəsində məlum olub ki, qüllə Beyoğlu rayonunun Bərəkətzadə məhəlləsində yerləşir və 1900-cü il tarixli torpaq qeydiyyatı sənədlərində, həmçinin 12 iyun 1943-cü il tarixli kadastr qeydlərində "Kule-i Zemin Vəqfi"nin adına qeydiyyata alınıb.
 
Qeyd edilib ki, sözügedən vəqf 1923-cü ildən etibarən qülləni qanunvericiliyə uyğun şəkildə Vəqflər Baş İdarəsi vasitəsilə idarə edir.
 
Digər tərəfdən, Qalata qülləsi və ətrafı İstanbul 2 saylı Mədəni və Təbiət İrsinin Qorunması Qurumunun 24 dekabr 2009-cu il tarixli qərarı ilə qorunmalı mədəni irs obyekti kimi qeydiyyata alınıb.
 
5737 saylı Vəqflər Qanunu çərçivəsində isə qüllə 13 may 2019-cu il tarixində "Kule-i Zemin Vəqfi"nin adına yenidən qeydiyyata alınıb.
 
İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən qaldırılan iddiada qüllənin bələdiyyə adına qeydiyyata alınması tələb olunub. Lakin məhkəmə mövcud vəqf qeydlərini, arxiv sənədlərini və qüvvədə olan qanunvericiliyi qiymətləndirdikdən sonra iddianın təmin edilməməsi barədə qərar verib. Bu qərarla Qalata qülləsinin Vəqflər Baş İdarəsi tərəfindən idarə olunmağa davam edəcəyi hüquqi olaraq təsdiqlənib. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər