İsrail Tehrana yeni zərbələr endirdi - YENİLƏNİB
Dünya
535
11:16, Bu gün

İsrail Tehrana yeni zərbələr endirdi - YENİLƏNİB

İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehrana yerləşən müvəqqəti komanda məntəqələrinə və silah istehsalı müəssisələrinə növbəti zərbələr dalğasının endirildiyini açıqlayıb.
 
Moderator.az bu barədə SAXAL-ın mətbuat xidmətinə istinadən xəbər verir.
 
Məlumata görə, əməliyyat çərçivəsində əsasən hərbi təyinatlı obyektlər hədəfə alınıb. Buraya ballistik raketlərin istehsalı və saxlanılması mərkəzləri, hava hücumundan müdafiə (HHM) sistemləri və strateji müşahidə məntəqələri daxildir.
 
İsrail hərbi rəhbərliyi zərbələrin dəqiq koordinatlarla həyata keçirildiyini və hərbi hədəflərin uğurla vurulduğunu bildirib.
 
08:31
 
İran paytaxtında ard-arda bir neçə güclü partlayışın baş verdiyi bildirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
 
Agentliyin məlumatına görə, Tehran şəhərində bir neçə güclü partlayış qeydə alınıb. Bildirilir ki, partlayışlardan bəziləri SEPAH obyektlərindən birinin yaxınlığında baş verib.
 
Məlumata əsasən, iki partlayış şəhərin cənub hissəsində qeydə alınıb, eyni zamanda paytaxtın qərb sektorunda da güclü partlayış səsləri eşidilib.
 
Hadisə nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər