İran Müdafiə Nazirliyinin “beyni” həlak oldu
Dünya
964
10:48, Bu gün

İran Müdafiə Nazirliyinin “beyni” həlak oldu

İran Müdafiə Nazirliyinin tədqiqat mərkəzinin rəhbəri Əli Fulədvənd İsrail və ABŞ-ın İranın qərbindəki Borucerd şəhərinə hücumu nəticəsində həlak olub.
 
Moderator.az xəbər verir ki, məlumatı Al-Hadath telekanalı yayıb. Televiziya kanalının məlumatına görə, İran Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnnovasiya Mərkəzinə rəhbərlik edən Fulədvənd 28 mart səhəri öldürülüb. İran hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
 
Qeyd edək ki, Müdafiə Tədqiqat və İnnovasiya Mərkəzi İran silahlı qüvvələrinin əsas beyin mərkəzi hesab olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər