İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini vurdu - YENİLƏNİB + FOTO
Dünya
407
11:52, Bu gün

İran ABŞ-ın xüsusi kəşfiyyat təyyarəsini vurdu - YENİLƏNİB + FOTO

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan bazasına edilən raket və PUA hücumu zamanı zərər gördüyünü əks etdirdiyi iddia olunan yeni görüntülər yayılıb.
 
Moderator.az xəbər verir ki, görüntülərdə son həftələrdə həmin bazada yerləşdirilən “81-0005” bort nömrəli təyyarənin əks olunduğu ehtimal edilir.
 
Məlumata əsasən, hücumdan əvvəl ABŞ-ın istifadəyə hazır cəmi 16 belə təyyarəsi olub və onların operativ əvəzlənməsi çətin hesab olunur. The Wall Street Journal yazır ki, alternativ kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin dəyəri təxminən 700 milyon dollar qiymətləndirilir.
 
Qeyd edək ki, “E-3 Sentry” hava məkanının uzaq məsafədən izlənməsi, raket və pilotsuz aparatların aşkarlanması, eləcə də əməliyyatların koordinasiyası üçün istifadə olunur.
 
10:18
 
Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.
 
Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.
 
Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.
 
Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.
 
“E-3 Sentry” hava əməliyyatlarının koordinasiyasında və yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır. Bu, ABŞ-ın Fars körfəzində baş verənləri izləmək və situasiya məlumatlılığını qorumaq qabiliyyətini zəiflədir.
 
Qeyd olunub ki, bu tip təyyarələr ABŞ Ordusunda məhdud saydadır və onları əvəzləmək çətindir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər