Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiya quru qoşunlarının leytenantı martın 24-də Çinin Tokiodakı səfirliyinin ərazisinə qanunsuz daxil olub, bir müddət ağacların arasında gizlənib və diplomatik nümayəndəliyin əməkdaşlarını səsləyərək çağırıb.
Moderator.az bildirir ki, bu barədə Yaponiya İctimai Televiziyası (NHK) polisə istinadən məlumat yayıb.
Hərbçi saxlanılarkən onun üzərində silah olmasa da, sonradan onun gizləndiyi kolluqda soyuq silah tapılıb. 23 yaşlı leytenant polisə təhvil verilib, hazırda onun ifadəsi alınır.
Yaponiya KİV-in məlumatına görə, leytenant etiraf edib ki, Çinin Tokiodakı səfirindən Yaponiyaya ünvanlanan sərt bəyanatlar verməyi dayandırmağı tələb etmək istəyib.
O, həmçinin Çinin diplomatik nümayəndəliyinin rəhbərinin gözü qarşısında intihar etmək niyyətində olub. Çin Xarici İşlər Nazirliyi bununla bağlı Tokioya ciddi etirazını bildirib və Çin vətəndaşlarına Yaponiyaya səfərlərdən çəkinməyi tövsiyə edib.