Tanzaniyada torpaq sürüşməsi: Çox sayda ölən var - FOTO
Dünya
338
16:10, Bu gün

Tanzaniyada torpaq sürüşməsi: Çox sayda ölən var - FOTO

Tanzaniyanın cənubunda güclü yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində ən azı 20 nəfər həyatını itirib.

Bu barədə Moderator.az "Africanews" nəşrinə məlumat verir.

Məlumata görə, təbii fəlakət nəticəsində evlər dağılıb və infrastruktura ziyan dəyib.

Sinoptiklər yaxın günlərdə yağışların davam edəcəyini proqnozlaşdırırlar, buna görə də yüksək risk zonasında yaşayan insanlara daha təhlükəsiz ərazilərə köçmələri israrla tövsiyə olunur.

Qeyd edək ki, güclü yağışlar səbəbindən baş verən sürüşməsi və daşqınlar bu ay ərzində digər Şərqi Afrika ölkələrində də ölüm hallarına səbəb olub. Xüsusilə Keniyada azı 88, Efiopiyada isə 100-dən çox insan həyatını itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər