İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
Dünya
275
09:00, Bu gün

İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı

İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmə "Altadis" şirkətinin kassasiya şikayətini rədd edib və bununla tərəflər arasında mübahisəyə son qoyub.

Məhkəmə müəyyən edib ki, əsərlər əvvəlcə kral mülkiyyətinə aid olub, daha sonra isə dövlətin mülkiyyətinə keçib. Qeyd olunub ki, tabloların daha əvvəl müəyyən şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnun itirilməsi demək olmayıb.

Bildirilir ki, daha əvvəl aşağı instansiya məhkəmələri də "Altadis"in iddialarını rədd etmişdi.

Söhbət 1789-cu ildə çəkilmiş İspaniya kralı IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər