KİV: Böyük Britaniyada yanacaq qıtlığı qeydə alınır
Dünya
212
08:20, Bu gün

KİV: Böyük Britaniyada yanacaq qıtlığı qeydə alınır

Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzindəki münaqişə fonunda yanacaq qıtlığı müşahidə olunur.

Moderator.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə "Asda" yanacaqdoldurma şəbəkəsinin rəhbəri Allan Leyton bildirib.

Onun sözlərinə görə, tələb məhdud təklifi üstələyir və bu, müvəqqəti problemdir.

"Biz problemi həll etmək üzərində işləyirik. Təchizat gözlədiyimiz müddətdə belə vəziyyət yarana bilər. Qiymətlərin kəskin artması da çətinlik yaradır və bu, müvəqqəti qıtlığa səbəb ola bilər", - deyə o qeyd edib.

Leyton əlavə edib ki, problem hələlik az sayda yanacaqdoldurma məntəqəsində yaşanır və heç bir məntəqədə tam yanacaq çatışmazlığı qeydə alınmayıb.

Qeyd olunub ki, benzinin qiyməti bir litr üçün 1.5 funt sterlinqə (təxminən 3.40 manat) çatıb. Dizel yanacağının orta qiyməti isə 1.78 funt sterlinqi (təxminən 4 manat) ötüb.

Link kopyalandı!
Son xəbərlər