Makron Yaxın Şərqdəki böhran fonunda Yaponiya və Cənubi Koreyaya səfər edəcək
Dünya
323
27 Mar 2026 | 23:57

Makron Yaxın Şərqdəki böhran fonunda Yaponiya və Cənubi Koreyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron gələn həftə Yaponiya və Cənubi Koreyaya səfər edəcək, o, burada həmin ölkələrin liderləri ilə Yaxın Şərqdəki münaqişənin fəsadlarını müzakirə etmək və nizamlanmaya dair ümumi yanaşmalar işləyib hazırlamaq niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə Fransa KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə əvvəlcədən planlaşdırılan səfər, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və ardınca Hörmüz boğazının faktiki blokadasına gətirib çıxaran eskalasiya nəticəsində yaranmış vəziyyətin gərginləşməsi fonunda baş tutur.

Yaxın Şərq böhranının Makronun Yaponiyanın Baş naziri Sanae Takaiçi və Cənubi Koreyanın Prezidenti Li Çje Myon ilə danışıqlarda əsas mövzu olacağı gözlənilir.

Rəsmi proqrama Tokio və Seula səfər daxildir. Bu, Fransa dövlət başçısının 2015-ci ildən bəri Cənubi Koreyaya ilk səfəridir.

Səfər həmçinin Hind-Sakit okeanı regionunda tərəfdaşlığın möhkəmləndirilməsinə və iyun ayında Evianda keçiriləcək G7 sammitinə hazırlığa yönəlib.

Makronu Fransanın biznes nümayəndələri müşayiət edəcəklər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər