SEPAH:
Dünya
326
27 Mar 2026 | 23:54

SEPAH: "Gerçək vəd - 4" əməliyyatında raket və PUA-lardan istifadə edilib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı bazalarına hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə "Khabar Fouri" agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd - 4" əməliyyatının 84-cü dalğasında raket və PUA-lardan istifadə edilib.

"Raket əleyhinə müdafiə sistemlərini məhv etməklə yanaşı, yanacaqdoldurma və dəstək donanmasının yerləşdiyi Əl-Xərc (Şahzadə Sultan aviabazası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqində yerləşir) bazasını raket və pilotsuz uçuş aparatları ilə (PUA) atəşə tutduq", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, ABŞ-nin bir neçə yanacaqdolduran və dəstək təyyarəsi məhv edilib, yaxud yararsız vəziyyətə düşüb:

"SEPAH-ın Hərbi Dəniz və Hava-Kosmik Qüvvələri Hörmüz boğazında və Fars körfəzində İranın mövqelərini qətiyyətlə müdafiə edəcək".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər