Türkiyənin XİN başçısı: Türkmən qazının Xəzər üzərindən daşınması müzakirə olunur
Dünya
287
27 Mar 2026 | 23:37

Türkiyənin XİN başçısı: Türkmən qazının Xəzər üzərindən daşınması müzakirə olunur

Türkmən qazının Xəzər dənizi üzərindən daşınması ilə bağlı Azərbaycan və Türkmənistan arasında danışıqlar aparılır.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Diplomat deyib ki, bu layihə region üçün mühüm alternativ enerji marşrutu kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması ehtimalı ciddi enerji böhranına səbəb ola bilər və bu baxımdan alternativ xətlər xüsusi əhəmiyyət daşıyır.

“Xəzər dənizi üzərindən qaz xətti məsələsi illərdir müzakirə olunur. Əgər Azərbaycan və Türkmənistan razılığa gəlsə, Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən daşınması mümkündür”, – deyə Fidan qeyd edib.

Nazir vurğulayıb ki, mövcud müharibə enerji bağlantılarının və regional inteqrasiyanın nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər