İsrail İranın uran filizi konsentratının istehsalı zavoduna hücum edib
Dünya
136
27 Mar 2026 | 23:01

İsrail İranın uran filizi konsentratının istehsalı zavoduna hücum edib

İsrail İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna zərbə endirib.

Moderator.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

"Yəzd əyalətinin Ərdəkan bölgəsindəki "sarı kek" istehsalı zavodu ABŞ-İsrail qüvvələrinin hədəfi olub", - bəyanatda deyilir.

İlkin məlumatlara görə, zərbə nəticəsində radioaktiv maddə sızıntısı qeydə alınmayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər