Hakan Fidan: Türkiyə, Pakistan, Misir və Səudiyyə XİN başçıları Yaxın Şərqdəki vəziyyətə görə bir araya gələcək
Dünya
249
27 Mar 2026 | 22:57

Hakan Fidan: Türkiyə, Pakistan, Misir və Səudiyyə XİN başçıları Yaxın Şərqdəki vəziyyətə görə bir araya gələcək

Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Pakistanda bir araya gələcək.

Moderator.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşün həftəsonu keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, toplantıda İran–ABŞ–İsrail müharibəsi fonunda vasitəçilik imkanları müzakirə olunacaq.

Fidan qeyd edib ki, görüş əvvəlcə Türkiyədə planlaşdırılsa da, Pakistan tərəfinin təşəbbüsü ilə məkan dəyişdirilib.

“Əslində bu görüşü Türkiyədə keçirməyi planlaşdırırdıq. Lakin Pakistanlı həmkarımız ölkəsində qalmalı olduğu üçün toplantı Pakistanda təşkil olunur. Həftəsonu keçiriləcək görüşdə müharibənin gedişi və bu dörd ölkənin hansı addımlar ata biləcəyi müzakirə ediləcək”, – deyə nazir bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər