Arakçı və Lavrov Hörmüzü müzakirə etdi
Dünya
350
27 Mar 2026 | 22:47

Arakçı və Lavrov Hörmüzü müzakirə etdi

İran xarici işlər naziri Abbas Arakçı və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, nazirlər söhbət zamanı bölgədəki vəziyyəti müzakirə ediblər.

Arakçının sözlərinə görə, Hörmüz boğazında yaranmış təhlükəli vəziyyət ABŞ və İsrail hərbi təcavüzünün nəticəsidir:

“Digər ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidi yalnız İranda müvafiq orqanlarla koordinasiya əsasında həyata keçirilir”.

Lavrov ABŞ və İsrailin aqressiyasını yenidən qınayaraq BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb və Rusiyanın bölgədə gərginliyin azaldılması və təhlükəsizlik, sabitliyin bərpası üçün məsləhətləşmələri davam etdirməyə hazır olduğunu bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər