SEPAH: ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutulub, ölənlər var
Dünya
335
22:07, Bu gün

SEPAH: ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutulub, ölənlər var

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri əməliyyat çərçivəsində Bubiyan (Fars körfəzində Küveytə məxsus ada) adasındakı ABŞ və İsrail hərbçilərinin bir neçə toplanış mərkəzini raket və dron hücumuna məruz qoyub.

Moderator.az xəbər verir ki, bu iddia ilə SEPAH çıxış edib.

"Hücumda müxtəlif növ pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə çox sayda amerikalı dəniz piyadası məhv edilib, ölü və yaralılar xəstəxanalara yerləşdirilib",- məlumatda qeyd olunub.

SEPAH-dan bildirilib ki, ABŞ-nin Yaxın Şərqin istənilən nöqtəsindəki bazaları bundan sonra da hədəf alınacaq.

Link kopyalandı!
Son xəbərlər