02:47
12°C
Bakı
ABŞ-nin Havay adalarında turist helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
Moderator.az "The Guardian"a istinadən xəbər verir ki, hadisə martın 26-da Kauai adasında baş verib.
Məlumata görə, helikopterdə ümumilikdə beş nəfər olub, onlardan ikisi yaralanaraq xəstəxanaya çatdırılıb.
Bildirilir ki, helikopter turist uçuşları həyata keçirən "Airborne Aviation" şirkətinə məxsus olub.