21:27
13°C
Bakı
ABŞ və İsrail İran ərazisində yerləşən iki böyük metallurgiya müəssisəsinə hava zərbələri endiriblər.
Moderator.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, Xuzistan əyalətində yerləşən "Khuzestan Steel" şirkətinin metallurgiya kombinatı, həmçinin İsfahan əyalətində yerləşən "Mobarakeh Steel" şirkətinin zavodu hücuma məruz qalıb.
Ölən və yaralananlar, eləcə də dəymiş maddi ziyanın miqyası barədə hələlik məlumat verilməyib.