Bizi sosial şəbəkələrdən izləyin:
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.
Moderator.az-ın "Fars" agentliyinə istinadən xəbərinə görə, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat verir.
O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda üç yaşayış binasına ciddi ziyan dəyib. Yaralıların sayı hələlik məlum deyil.
Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.