Bizi sosial şəbəkələrdən izləyin:
Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.
Moderator.az TASS-a istinadla xəbər verir ki, bununla bağlı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri İndoneziyaya məxsus Cayapura şəhərindən 174 kilometr şimal-qərb istiqamətində, təkanların ocağı isə 63 kilometr dərinlikdə yerləşib.
İndiyədək hər hansı dağıntı və ya insan itkisi barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.