Tramp:
Dünya
220
26 Mar 2026 | 23:59

Tramp: "Venesuela prezidenti postuna namizədliyimi irəli sürə bilərəm"

ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra Venesuela prezidenti postuna namizədliyini irəli sürə biləcəyini zarafatla bildirib.

Moderator.az xəbər verir ki, bu sözləri o, Ağ Evdə keçirilən kabinet iclası zamanı deyib.

"Əslində, mən sorğularda liderəm. Yəni prezidentlik müddətim bitdikdən sonra bəlkə Venesuelaya gedib Delsi Rodrigeslə rəqabət apararam. Ola bilsin, Delsi ilə yarışaram", - deyə ABŞ lideri bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, hazırda ABŞ ilə Venesuela arasında münasibətlər "çox yaxşı" səviyyədədir.

Link kopyalandı!
Son xəbərlər