02:21
11°C
Bakı
Yaxın Şərq və Ukraynadakı müharibələr bir-biri ilə bağlıdır.
Moderator.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkə hesabında yazıb.
"Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin azaldılması üçün müzakirələr aparacağıq, çünki bu müharibənin nəticələri dünyada ciddi şəkildə hiss olunur.
Eyni zamanda, Ukraynanı nəzərdən qaçırmaq olmaz. Rusiya hər gün mülki şəxslərə və mülki infrastruktur obyektlərinə hücumlarını artırır.
Biz Rusiya üzərində bu müharibəni dayandırmağa və səmimi danışıqlara girməyə təzyiqi davam etdirməliyik", - deyə o qeyd edib.
