Latviyadan Rusiyaya etiraz notası: Müvəqqəti işlər vəkili XİN-ə çağrıldı
Dünya
257
11:55, Bu gün

Latviyadan Rusiyaya etiraz notası: Müvəqqəti işlər vəkili XİN-ə çağrıldı

Latviya Xarici İşlər Nazirliyi (XİN) pilotsuz uçuş aparatının (PUA, dron) ölkənin hava məkanına daxil olması ilə bağlı Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkilinə etirazını ifadə edib.
 
Moderator.az bildirir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
 
"Rusiya səfirliyinin səlahiyyətli katibi XİN-ə çağırılıb və ona dronun Latviya hava məkanına daxil olması ilə bağlı qəti etiraz bildirilib və nota təqdim edilib", - deyə məlumatda qeyd olunub.
 
Link kopyalandı!
Son xəbərlər