BBC-nin Direktorlar Şurası teleradio şirkətinin baş direktoru vəzifəsinə "Google" şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə keçmiş prezidenti Mett Brittini təyin edib.
Moderator.az bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, BBC-nin baş direktoru korporasiyanın baş icraçı direktoru və baş redaktorudur, o,şirkətin Britaniya və digər ölkələrdəki bölmələrində yaradıcılıq, redaksiya və operativ rəhbərliyə cavabdehdir. M.Brittin bu vəzifədə 565 min funt sterlinq məbləğində (təxminən 755 600 dollar - red.) maaş alacaq.
O, vəzifəsinin icrasına may ayının 18-də başlayacaq, həmin vaxta qədər isə baş direktor vəzifəsini Rodri Talfan Devis icra edəcək.
M.Brittin 2007-ci ildən "Google"da çalışıb, şirkətin Britaniyadakı biznesinə rəhbərlik edib və ötən il EMEA regionu üzrə rəhbər postundan ayrılıb.