İran raket potensialının ABŞ tərəfindən məhv olunduğu iddialarını təkzib etdi
Dünya
211
20:40, Bu gün

İran raket potensialının ABŞ tərəfindən məhv olunduğu iddialarını təkzib etdi

"İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayan ABŞ tərəfinin ölkəmizin raket və nüvə potensialının guya məhv edilməsi barədə bəyanatları həqiqətə uyğun deyil".

Moderator.az "Fararu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran hökuməti yanındakı İnformasiya Şurasının rəhbəri Elyas Həzrəti bildirib.

"Trampın İranın raket potensialının məhv edilməsi ilə bağlı iddialarının heç biri həqiqətə uyğun deyildi. O, dəfələrlə bəyan edib ki, İranın bütün raketləri və dinc nüvə potensialı məhv edilib, raket bazaları yoxdur, lakin reallıqda hər gecə İsrailə və regiondakı ABŞ bazalarına tərəf yüzlərlə raket buraxılır", - deyə o vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər