Türkiyə körfəz ölkələrini İranla münaqişədən kənarda qalmağa çağırır
Dünya
306
18:20, Bu gün

Türkiyə körfəz ölkələrini İranla münaqişədən kənarda qalmağa çağırır

Ankara Körfəz dövlətlərini Tehranla yarana biləcək birbaşa toqquşmalarda iştirak etməməyə çağırır.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg"məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, Türkiyə tərəfi Birləşmiş Ştatlar və İsrailin ehtimal edilən hərbi addımlarına region ölkələrinin cəlb olunmasının qarşısını almaq məqsədilə aktiv diplomatik vasitələrdən istifadə edir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan regional tərəfdaşları ilə bir sıra görüşlər və telefon əlaqələri reallaşdıraraq, dövlətləri yaranmış mürəkkəb vəziyyətdə soyuqqanlı olmağa dəvət edib.

Link kopyalandı!
Son xəbərlər