19:56
10°C
Bakı
Danimarkanın Baş naziri Mette Frederiksen parlament seçkisinin yekunlarına əsasən vəzifəsindən istefa verib.
Moderator.az xəbər verir ki, bu barədə kral sarayına istinadən "Reuters" agentliyi məlumat yayıb.
"Danimarka hökumətinin başçısı Mette Frederiksen çərşənbə günü rəhbərlik etdiyi üçpartiyalı koalisiyanın ümumi seçkidə ağır məğlubiyyətə uğramasından sonra krala istefa məktubunu təqdim edib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Frederiksen ABŞ-ni artıq Kopenhagenin ən yaxın müttəfiqi hesab etmədiyini vurğulamışdı.