SEPAH ABŞ-nin
Dünya
821
16:30, Bu gün

SEPAH ABŞ-nin "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirib - VİDEO

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin ən böyük gəmilərindən biri olan "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə qanadlı raketlər atıb.

Moderator.az-ın məlumatına görə, "Fars" agentliyi bu barədə "Telegram" kanalında məlumat verib.

İran ordusu, həmçinin "Abraham Linkoln"un fəaliyyətini və hərəkətlərinin daim izlənildiyini və düşmən raket məsafəsinə çatan kimi donanmanın dağıdıcı zərbə endirəcəyini bildirib.

Agentlik, həmçinin İranın ABŞ təyyarədaşıyan gəmisinə endirdiyi zərbənin görüntülərini də yayımlayıb.

 

Link kopyalandı!
Son xəbərlər