Bizi sosial şəbəkələrdən izləyin:
İran Yaxın Şərq regionunda ABŞ qoşunlarının yerdəyişməsini diqqətlə izləyir.
Moderator.az xəbər verir ki, bu barədə İranın parlament sədri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində bildirib.
"Biz ABŞ-nin regiondakı bütün yerdəyişmələrini, xüsusilə də qoşunların dislokasiya yerlərini diqqətlə izləyirik. Torpağımızı qorumaq əzmimizi sınağa çəkməyin", - o yazıb.