Bizi sosial şəbəkələrdən izləyin:
"İranın Ali Lideri Müctəba Xameneinin səhhəti yaxşıdır və İran dövlət sistemi səmərəli şəkildə fəaliyyət göstərir".
Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "India Today"ə verdiyi müsahibədə bildirib.
"Ali liderin səhhəti yaxşıdır və dövlət sistemimizin səmərəli şəkildə fəaliyyət göstərməsindən məmnunuq. Silahlı qüvvələrimiz İranın müdafiə planlarına ciddi şəkildə əməl edirlər. Ən əsası isə xalqımız bu vəhşi təcavüz aktı qarşısında birləşib", - deyə o bildirib.
Qeyd edək ki, martın 8-də ölkənin yeni ali lideri seçilən İranın sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei İsrail və ABŞ-nin İrana birgə hücumları nəticəsində yaralanıb. İran XİN-in nümayəndəsi İsmayıl Bəqai İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində məlumatı təsdiqləyib. Bildirib ki, İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir.